Sünni-şiə qarşıdurması Afrikaya keçdi

sunni-sie-qarsidurmasi-afrikaya-kecdi-
Oxunma sayı: 1646


“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, İranın keçmiş prezidenti Mahmud Əhmədinejat Sudanda rəsmi səfərdə olmuşdu. Bu iki ölkə arasında ciddi iqtisadi, siyasi münasibətlər mövcud idi. Bu bardə “JSSNews” xəbər yayıb. 

"Ancaq az sonra belə bir kəskin qərarın ortaya çıxmasının səbəbi bəlli olub. Sən demə İran mədəniyyət mərkəzinin xətti ilə sünni Sudanda şiə təbliğatı aparırmış. Nəticədə Sudanda 12 min nəfərə yaxın sünni şiəliyi qəbul edib. Prosesin bu cür gedişindən xəbər tutan Səudiyyə Ərəbistanı və Körfəz ölkələri Sudan iqtidarına təzyiqləri gücləndirib. 

Çıxarılmış bu sərt qərar da həmin təzyiqlərdən qaynaqlanır. Səudiyyə Ərəbistanı başda olmaqla, sünnilər Afrika qitəsində şiəliyin yayılmasının qarsısını almağa və bu qitədə olan şiələri isə sünni etməyə can atırlar. Və belə bir fonda Sudanda əks proseslərin getməsinə göz yuma bilməyiblər".