Super Kubok üçün “El Klassiko”

super-kubok-ucun-el-klassiko-
Oxunma sayı: 671

Komandalar indiyə kimi rəsmi görüşlərdə 217 dəfə üz-üzə gəlib. Bu oyunlardan 86-da “Barselona”, 87-də isə “Real” qələbə qazanıb. 46 görüş “sülh”lə başa çatıb. Bu görüşdə qalib gələcəyi halda, “Barsalona” şəxsi görüşlərdə balans yaradacaq. Madridlilərin 367 qoluna katalonlar 356 topla cavab verib. “El Klassiko”ların bombardiri argentinalı Alfredo di Stefanodur. O, bu qarşılaşmalarda 18 top vurub. Siyahının üst pillələrində hazırda karyerasını davam etdirən futbolçulardan yalnız Lionel Messi qərarlaşıb ki, onun hesabında 13 top var.

Eldar Tanrıverdiyev