Super liqa həyəcanı yenidən başlayır

super-liqa-heyecani-yeniden-baslayir
Oxunma sayı: 662

“Qafqazinfo” xəbər verir ki, XVIII turun açılış oyunu lider “Qalatasaray”la “Kasımpaşa” arasında olacaq. 33 xalla fasiləyə lider kimi yollanan “Qalatasaray” ən yaxın izləyiciləri olan “Beşiktaş” və “Antaliyaspor”dan 3 xal öndədir. Bu uğurunu davam etdirmək istəyən “Cim-Bom” bu gün “Rəcəb Tayyip Ərdoğan” stadionunda ev sahibi “Kasımpaşa”nı məğlub etməyə çalışacaq. “Kasımpaşa” ilk dövrədə topladığı 23 xalla 9-cu sırada yer alıb.

Qeyd edək ki, “Kasımpaşa” “Qalatasaray” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

İqbal