Super Liqada şərikli liderlik yarandı - Video

Super Liqada şərikli liderlik yarandı
Oxunma sayı: 1092

Türkiyə Super Liqasında 23-cü tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, turun son matçında “Başakşəhər” öz meydanında “Gənclərbirliyi”ni qəbul edib.

Matçda qarşılqlı 1 qolla 1-1 hesabı ilə başa çatıb. Bununla da çempionatda şərikli liderlik yaranıb. Hazırda “Qalatasaray” və “Başakşəhər”in 47 xalı var. “Cimbom” top fərqinin daha yaxşı olmasına görə ilk sırada yer alıb.

“Gənclərbirliyi” isə son zamanlar parlaq çıxışı ilə yüksəlişini davam etdirir. Ankara təmsilçisi çempionatda 10 oyundur məğlub olmur. Bu matçlarda 4 qələbə, 6 bərabərlik əldə edilib. Klub, son oyunlarda əldə etdiyi xallarla xal ehtiyatını 26-ya çatdırıb və 13-cü pillədə yer alıb.

“Başakşəhər” – “Gənclərbirliyi” – 1:1

Qollar: 29 – Adebayor // 50 - Xalili


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi