Superliqa klubunun ofisinə silahlı hücum

superliqa-klubunun-ofisine-silahli-hucum
Oxunma sayı: 1031

Türkiyə Superliqa təmsilçisi “Yeni Malatyaspor” klubunun binasına silahlı hücum olub. 

“Qafqazinfo” xəbər verir ki, bir avtomobillə bazaya gələn maskalı iki şəxs klubun ofisinə atəş açıb. Dərhal hadisə yerinə çox sayda polis əməkdaşı gəlib. 
 
Bildirək ki, hadisə zamanı xəsarət alan olmayıb.