Süpürgəçini avtomobillə vurub qaçan sürücü saxlanılıb

supurgecini-avtomobille-vurub-qacan-surucu-saxlanilib
Oxunma sayı: 842

Masallı rayonunda süpürgəçini avtomobillə vurub qaçan sürücü saxlanılıb.

Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin əməliyyat tədbirləri nəticəsində qəzanın Ərkivan qəsəbə sakini Həşimov Əzizəli Yaqub oğlu tərəfindən törədildiyi məlum olub.

Qeyd edək ki, sürücü hadisə nəticəsində müxtəlif xəsarətlər alan qadına yardım etmək əvəzinə, onu köməksiz vəziyyətdə qoyaraq qaçıb. Bu səbəbdən də qadın elə hadisə yerindəcə keçinib.

Ə. Həşimov hadisə yerindən qaçsa da, çox da uzağa gedə bilməyib. Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində o, rayon ərazisində saxlanılıb.

Qeyd edək ki, bu gün Masallı rayonunda piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə nəticəsində əslən Şuşa rayonundan olan, Masallı şəhərində məskunlaşmış 40 yaşlı Cavadova Vəsilə Heydər qızı Masallı rayonu İsgəndərli-Ərkivan istiqamətində yolda təmizlik işləri görərkən ölüb.

Faktla bağlı Masallı Rayon Polis şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.