Şura dəyirmi masa keçirdi

sura-deyirmi-masa-kecirdi
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə Şuranın sədri Azay Quliyev 20 il ərzində QHT sektorunun keçdiyi yoldan danışıb: “Əvvəllər Qeyri Hökumət Təşkilatları deyiləndə hökumətin əleyhinə olan bir qurum başa düşülürdü, amma artıq bu fikir aradan qalxır. Bu gün QHT hökumətin ən uğurlu müttəfiqlərindən biridir”. Daha sonra tədbirdə iştirak edən millət vəkilləri və QHT rəhbərləri çıxış edib.

Eyni zamanda tədbirdə “Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində” kitabının təqdimatı olub. Kitabda Azərbaycanın qeyri-hökumət təşkilatlarının yaranmasında və inkişafında xüsusi xidmətləri olmuş dövlət məmurlarının, Milli Məclis deputatları və tanınmış QHT rəhbərlərinin məqalə və müsahibələri yer alıb.

Fatimə Kərimli