Şura fiziki qüsurlu gəncləri bir araya toplayıb

sura-fiziki-qusurlu-gencleri-bir-araya-toplayib-
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, uzun illərdir reproduktiv sağlamlıq mövzusunda bir-çox tədbirlər həyata keçirən Milli Şura 2012–ci ildən etibarən müvafiq mövzunu daha həsas gənclər qrupları arasında keçirməyə başlayıb. Layihədə 16-14 yaşlı, fiziki qüsurları olan 15 gənc iştirak edib.

Layihənin rəhbəri, ARGTMŞ Sosial və Humanitar Məsələlər üzrə departamentinin sədri Əligül Ağayev bildirib ki, “Fiziki Qüsurlu Gənclərin Reproduktiv Sağlamlığı Təlimi”ndə ilk dəfə olaraq Avropa Gənclər Forumunun eksperimental olaraq həyata keçirməyə başladığı qeyri-formal təhsildə keyfiyyətin təmin olunması metodologiyasından istifadə olunub. Bu metod hal-hazırda Azərbaycanda daxil olmaqla Avropanın yalnız beş ölkəsində həyata keçirilir. Layihənin yekunları haqqında hesabatlar Avropa Gənclər Forumuna Təqdim olunacaq və gələcək fəaliyyət planı müəyyənləşəcək.

Qeyd edək ki, layihənin proqramında reproduktiv sağlamlıq, İİV/AIDS, cəmiyyətə qayıdış və aktiv iştirak, stress mövzuları müzakirə olunub. Növbəti aylarda layihənin daha geniş formatda keçirilməsi nəzərdə tutulub.