Şura nazirliyə təklif verdi

sura-nazirliye-teklif-verdi
Oxunma sayı: 649

Şuranın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, 2010-cu ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda dövlət qeydiyyatına alınmış QHT-lər müvafiq icra hakimiyyəti orqanına illik maliyyə hesabatlarını təqdim etməyə başlayıb. İllik maliyyə hesabatlarının təqdim edilməsi üçün son müddətin hesabat dövrü başa çatan ildən sonrakı ilin aprel ayının 1-i olmasına baxmayaraq, artıq 3-cü ildir ki, QHT-lərin hesabatlılığında ciddi problemlər yaranmaqdadır. Şuranın mütəmadi olaraq QHT-lər arasında məlumatlandırma işi aparmasına və müvafiq təlimlər təşkil etməsinə baxmayaraq, illik maliyyə hesabatlarının verilməsində həm gecikmələr, həm də ciddi nöqsanlar aşkar olunur. Bunun da əsas səbəblərindən biri illik maliyyə hesabatı formalarının QHT-lər tərəfindən doldurulmasında çətinliklərin mövcud olmasıdır.

Şura QHT-lərin illik maliyyə hesabatları ilə bağlı məsələni araşdıraraq, hesabatların təkmilləşdirilməsi üçün aşağıdakı təkliflərlə Maliyyə Nazirliyi qarşısında çıxış edib:

• qeyri-hökumət təşkilatları üzrə illik maliyyə hesabatlarının komponentlərinə daxil edilən formaların sadələşdirilməsi;
• maliyyə hesabatlarının təqdim olunması zamanı QHT-lərin illik maliyyə dövriyyəsinə görə təsnifatlandırılması;
• illik dövriyyəsi 10 min manata qədər olan QHT-lərin illik maliyyə hesabatı təqdim etməkdən azad edilməsi;
• hesabatların elektron qaydada verilməsi;