Şura QHT-lərin konfransını keçirir

sura-qht-lerin-konfransini-kecirir
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, “Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu” mövzusunda təşkil olunacaq bu tədbirdə əsas məruzə ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edəcək.

Konfransda vətəndaş cəmiyyətinin daha da möhkəmləndirilməsi ilə əlaqədar QHT-lərin qarşısında duran vəzifələr, QHT fəaliyyətinin səmərəsinin artırılması, QHT-lərin beynəlxalq əməkdaşlığının gücləndirilməsi və QHT-hökumət münasibətlərinin inkişafı ilə bağlı müzakirələr aparılacaq.

Tədbir mayın 31-də saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.