Şura seçki vaxtını açıqladı

sura-secki-vaxtini-aciqladi
Oxunma sayı: 641

Şuranın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, ixtisaslaşmış QHT qruplarında seçkilərin tarixi və vaxtı belə müəyyənləşib:
• insan hüquqları və demokratiya: 29.02.2012. Saat 10.00
•ailə, qadın və uşaq məsələləri: 29.02.2012. Saat 14.00
•qaçqın, köçkün, əlil və veteranların məsələləri:01.03.2012. Saat 10.00
•iqtisadi və sosial məsələlər: 01.03.2012. Saat 14.00
•təhsil, elm və mədəniyyət: 02.03.2012. Saat 10.00
•gənclər və vətənpərvərlik tərbiyəsi: 02.03.2012. Saat 14.00
•səhiyyə, sağlamlıq və ekologiya: 03.03.2012. Saat 10.00
•narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə: 03.03.2012. Saat 14.00

Seçkilər Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsas binasının akt zalında keçiriləcək. (Ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi-34).

Seçki yığıncaqlarında iştirak üçün nümayəndələr şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Seçki yığıncaqlarında iştirak edə bilməyən, müvafiq qeydiyyatdan keçmiş nümayəndələri başqa şəxslər əvəz edə bilər. Bu haqda yazılı məlumat təşkilat komitəsinə təqdim edilməlidir.