Şurada Korrupsiyaya qarşı mübarizə üzrə layihələr

surada-korrupsiyaya-qarsi-mubarize-uzre-layiheler
Oxunma sayı: 662

Şuranın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbiri açan Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qeyd edib ki, bugünkü müzakirənin məqsədi korrupsiya mövzusunda həyata keçirilən layihələrin icra vəziyyəti, aralıq dövr üçün əldə olunan nəticələr və layihələrin effektiv həyata keçirilməsi üçün fikir mübadiləsi aparmaqdır. Şura tərəfindən maliyyələşən bu layihələrin sırasına “Yol mədəniyyətinin yüksəldilməsində korrupsiyaya qarşı mübarizə” istiqaməti üzrə 1 layihə, “Vətəndaşlar tərəfindən dövlət orqanlarına ərizə və müraciət edilməsi işinin təkmilləşdirilməsinə dəstək” istiqaməti üzrə 3 layihə, “Regionda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə” istiqaməti üzrə 4 layihə, “Qanunvericilik aktlarının antikorrupsion ekspertizası və korrupsiya ilə mübarizədə parlamentarilərin etik davranış məcəlləsi layihəsinin hazırlanması” istiqaməti üzrə 3 layihə daxildir.

29 nəfər işçinin cəlb olunduğu bu layihələr Bakı ilə yanaşı ölkənin digər böyük şəhər və rayonlarını da (Gəncə, Sumqayıt, Xaçmaz, Lənkəran, Şəki, Quba, Füzuli, Salyan, Mingəçevir, Masallı, Şirvan, Şamaxı, Tərtər və s.) əhatə edir. Tədbirdə çıxış edən layihə rəhbərləri həyata keçirilən işlər, mövcud problemlər və korrupsiyaya qarşı mübarizənin daha effektiv təşkili üzrə təkliflər veriblər.
Tədbirdə layihələrin yekunu üzrə də müzakirələrin keçirilməsinin vacibliyi vurğulanıb.

Nigar Məmmədli