Şurada mədəniyyətlə bağlı layihələrin icrası müzakirə edildi

surada-medeniyyetle-bagli-layihelerin-icrasi-muzakire-edildi
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumatına görə, tədbiri açan şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov qeyd edib ki, bütövlükdə mədəniyyətimizin inkişafına yönəlmiş bu layihələr milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə, qədim adət-ənənələrimizin dirçəldilməsinə və insanlar arasında yeni mədəni münasibətlərin formalaşmasına xidmət edir. F. Qurbanov layihələrin icrasında qazanılmış nəticələri təhlil edərək onların müsbət cəhətlərini vurğuladı, yol verilmiş nöqsanlara toxunun.
Layihələrin icrasına nəzarəti həyata keçirmiş Şura əməkdaşı Bağırlı bildirib ki, 2011-ci ilin birinci yarısında mədəniyyət məsələləri ilə bağlı 16 layihəyə 90.000 manat vəsait ayrılıb, onların icrasında iştirak etmiş 41 nəfər əməkhaqqı alıb. Milli-mənəvi dəyərlərin dirçəldilməsinə dəstək olaraq 7 layihə, maddi-mədəni irsin təbliğinə 4 layihə, mədəniyyətə aid saytların yaradılmasına 4 layihə, mədəniyyət və onun tanıdılması ilə bağlı 6 layihə həyata keçirilmişdir. Layihələr ölkənin 15 şəhər və rayonunu əhatə edib.

Səidə Teyyubqızı