Şuranın Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, icraçı direktor Fərasət Qurbanov sessiyada çıxış edərək 25 iyun 2012-ci ildə elan edilmiş maliyyə yardımı müsabiqəsinin mövzu özünəməxsusluğunu tədbirdə iştirak edən QHT rəhbərlərinin diqqətinə çatdırıb
F. Qurbanov qeyd edib ki, ictimai əhəmiyyət daşıyan məsələlər üzrə televiziya və radio verilişlərinin hazırlanması, ictimai müzakirələrin və debatların layihə çərçivəsində təşkili bir neçə aspektdən özünü doğrultmalıdır: seçilmiş mövzular, cəlb edilmiş ekspertlər, aparıcılar, auditoriya, studiya kontingenti elə seçilməlidir ki, onlar efir tələblərinə cavab versinlər, kütləvi tamaşaçı və dinləyici marağını təmin edə bilsinlər. Verilişlər, müzakirələr və debatlar özlüyündə ictimai gündəmin aktuallıq kəsb edən vacib məsələlərinə həsr olunmalı, tamaşaçı və dinləyiciləri cəlb etməlidir.
İcraçı direktor tədbir iştirakçılarını maraqlandıran sualları da ətraflı cavablandırıb.