Suraxanıda 54 yaşlı kişi su quyusuna düşüb

suraxanida-54-yasli-kisi-su-quyusuna-dusub
Oxunma sayı: 1431

Bakının Suraxanı rayonunda 54 yaşlı şəxs su quyusuna düşüb.

“Qafqazinfo”nun FHN-ə istinadən məlumatına görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda su quyusunda aşkar edilmiş 1964-cü il təvəllüdlü Nuriyev Emin Rüstəm oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri E.Nuriyevin meyitini dərinliyi, təqribən, 6 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.