Suraxanıda maşın piyada qadını vuraraq öldürüb

suraxanida-masin-piyada-qadini-vuraraq-oldurub
Oxunma sayı: 726

Suraxanı rayonunun Ramana qəsəbəsində “Hyundai” markalı avtomobillə 60-65 yaşlı qadın vurulub.

“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, ötən gün saat 19 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində Bakı şəhər sakini Nazim Nuriyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 60-65 yaşlı qadını vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.