“Suriya ağır humanitar böhran yaşayır”

“Suriya ağır humanitar böhran yaşayır”
Oxunma sayı: 402

Suriya xalqı ağır humanitar böhran yaşayır.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov BMT-nin İnsan Haqları Şurasının sessiyasında çıxışı zamanı deyib:

“Bu gün Suriya xalqı ağır humanitar böhran yaşayır. BMT Təhlükəsizlik Şurasının 2401 saylı qətnaməsi bütün ölkə ərazisində mülki vətəndaşların güzəranının yaxşılaşdırılması şərtlərinin bütün tərəflərlə razılaşdırılması üçün çərçivə yaradıb. ”. 

Nazir qeyd edib ki, Rusiya Suriya hökuməti ilə birgə Şərqi Qutada humanitar dəhlizlər yaradılması ilə bağlı elan verib. 

Qeyd edək ki, BMT TŞ-nin 2401 saylı qətnaməsində bütün tərəflərdən qarşıdurmaları dayandırmaları və bütün Suriya ərazisində azı 30 gün ərzində humanitar fasiləni təmin etmələri tələb edilir. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi