Suriya diplomatları xaricdə qovulur

suriya-diplomatlari-xaricde-qovulur
Oxunma sayı: 636

Bunlar ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İspaniya, Bolqarıstan, Niderland, Avstraliyadır. Bəzi ölkələrdə bu qərar yalnız Suriyanın səfirlərinə, digərlərində isə bütün diplomatlara şamil edilib. Zorakılığın davam etməsi səbəbindən iyunun əvvəlində Parisdə "Suriyanın dostları" qrupunun üzvü olan ölkələrin xüsusi iclası keçiriləcək.

Suriya hökuməti isə Hulada dinc sakinlərin qətlinin arxasında durmadığını bəyan edərək onları ölkədə fəaliyyət göstərən silahlı terrorçuların törətdiyini açıqlayıb. Suriya rəsmiləri ölənlər arasında 21 hərbçinin də olduğunu bildirib və bu qətlin tez bir zamanda araşdırılacağını vəd edib.

Suriyanın müxalifət fəalları isə qanlı aksiyaların davam etdiyini, ötən gün bütün ölkədə 70-dən çox dinc sakinin öldürüldüyünü xəbər verib.

azadliq.info