Suriya Ərəb Ölkələri Liqası ilə razılaşdı

suriya-ereb-olkeleri-liqasi-ile-razilasdi
Oxunma sayı: 640

Bunu Suriyanın xarici işlər naziri Valid Müəllim keçirdiyi mətbuat konfransında açıqlayıb. İmzalanacaq saziş Ərəb Ölkələri Liqasının planının ilkin variantı deyil, Suriyanın etdiyi düzəlişlərlərlə qəbul edilmiş sənəddir. Valid Müəllim bildirib ki, Suriya beynəlxalq müşahidəçilərin Dəməşqə girişinə icazə versə də, onlar üçün 1 ay müddətinə limit qoyulub. Suriyanın xarici işlər naziri bildirib ki, bu, Suriya ilə Ərəb Ölkələri Liqası arasında əməkdaşlığın başlaması üçün bir addımdır.

Qeyd edək ki, Suriya rəhbərliyi sazişi imzalamağa Qətərin paytaxtı Dohada aparılan danışıqlardan sonra razılaşıb.

anspress