Suriya faciəsi + Porno video

suriya-faciesi-porno-video
Oxunma sayı: 4367

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, müxbir Suriyadakı hadisələrlə bağlı xəbər verərkən onun arxasında olan televizorlardan birində 10 dəqiqəlik porno film yayımlanıb. Kanal rəhbərliyi hadisədən agah olduqdan sonra görüntüləri dayandırıb.

“TV4” kanalının baş redaktoru Andreas Haqlind açıqlamasında bildirib ki, şirkətin gecə yayımlayacağı filmlər üçün hazırlıq işləri günorta həyata keçirilir: “Çox güman ki, filmin yüklənmə prosesi bitib və səhvən yayımlanmağa başlayıb. Milyonlarla izləyicinin belə bir hadisəyə şahid olmaması üçün onu mümkün qədər tez söndürdük”.

Haqlind səhvə görə tamaşaçılardan üzr istəyərək bu cür hadisənin bir daha təkrarlanmayacağını bildirib.