Suriya müxaliflərinin lideri istefa verdi

suriya-muxaliflerinin-lideri-istefa-verdi
Oxunma sayı: 659

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Suriyanın müxalif Milli Şurasının (SMŞ) sədri Burhan Qalyun vəzifəsindən istefa etdiyini bildirib. “əl-Ərəbiyyə” telekanalına açıqlama verən Qalyun SMŞ sədrliyindən istefa verdiyini deyərək, bu addımı Suriya müxalifətinin birliyinin qorunub saxlanılması məqsədilə atdığını qeyd edib.

Şura sədri seçki və ya razılaşma yolu ilə quruma yeni sədr təyin olunduqdan sonra vəzifəsindən uzaqlaşacağını bildirib. Xəbərlərdə Qalyunun belə bir qərar qəbul etməsində ölkədə müxalif Yerli Koordinasiya Komitələrinin (YKK) SMŞ-də vəziyyətin pisləşdiyini bəyan edərək, qurumdan ayrılacağı barədə xəbərdarlıq etməsinin də təsirinin olduğu öz əksini tapıb.

Məlumat üçün deyək ki, Fransanın paytaxtı Parisdə akademik kimi elmi fəaliyyət göstərən Qalyun 2011-ci ildə yekdilliklə Suriya Milli Şurasına sədr seçilmişdi.