Suriya ordusu 300 terrorçunu məhv edib

suriya-ordusu-300-terrorcunu-mehv-edib
Oxunma sayı: 630

Suriya hökumət qüvvələri Həma vilayətinin şimalında üç yaşayış məntəqəsini azad edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, 300 terrorçu, iki silah anbarı, 20 nəqliyyat vasitəsi və iki tank məhv edilib. Terrorçular nə vaxt öldürüldüyü agentlik dəqiqləşdirməyib.

Daha əvvəl Suriya ordusu hücum edərək Həma vilayətinin şimalında və cənubunda 80% ərazini nəzarətə götürüb.