Suriya ordusu raketlərdən 9-nu vurub

suriya-ordusu-raketlerden-9-nu-vurub
Oxunma sayı: 1543

Suriya hava hücumundan müdafiə sistemi Hüms əyalətinə atılan raketlərdən 9-nu vurub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Məlumata əsasən, hava hücumundan müdafiə sistemi Hüms əyalətindəki Şayrat hərbi aviabazasına atılan reketlərdən 9-nu vurub. Hava zərbələri Livan ərazisindən həyata keçirilib. Hücum zamanı ölən və yaralanan olmayıb.

Pentaqon ABŞ-ın bölgədə hər hansı bir əməliyyat keçirmədiyini bildirib.

“Al-Masdar” portalı isə zərbələrin İsrail Hava Qüvvələri tərəfindən endirildiyini bildirib.

İsrail tərəfindən verilən açıqlamada isə rəsmi Təl-Əvivin insidentlə bağlı heç bir məlumatının olmadığı qeyd edilib.