“Suriya parçalanma təhlükəsi ilə üz-üzədir” - Quterreş

“Suriya parçalanma təhlükəsi ilə üz-üzədir”
Oxunma sayı: 576

BMT-nin baş katibi Suriyanın parçalanma təhlükəsi ilə üz-üzə olduğunu bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş mətbuat konfransda söyləyib.

“Suriyada deeskalasiya zonalarının yaradılmasına baxmayaraq toqquşmalar davam edir. Hökumət və müxalifət arasında siyasi razılaşma əldə olunmayıb.

Terrorçuluqla mübarizə gedir, amma bu mübarizə müxtəlif cəbhələrdədir, və mən düşünürəm ki, Suriyanın parçalanma təhlükəsi var. Biz bunu nəzərə almalıyıq”-deyə vurğulayıb.

Bununla əlaqədər baş katib beynəlxalq ictimaiyyəti “Suriyaya daha çox diqqət yetirməyə” çağırıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi