“Suriya sülh şansı əldə etdiyi zamanda...” - Rusiyadan ilk açıqlama

“Suriya sülh şansı əldə etdiyi zamanda...”
Oxunma sayı: 1757

Rusiya ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriyanı vurmasına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova faceboook hesabında bildirib ki, qərb ölkələri suveren ölkənin paytaxtına, uzun illər terror təcavüzü şəraitində sağ qalmağa çalışan Dəməşqə zərbə endirib. Zaxarova qeyd edib ki, Suriya sülhün bərqərar olacağı gələcək üçün şans əldə etdiyi bir zamanda atəşə tutuldu:

“Əvvəlcə Suriya xalqına qarşı “ərəb baharı”ndan istifadə edildi, daha sonra İŞİD, indi isə amerikanın ağıllı raketləri”. 

Zaxarova hesab edir ki, bütün bunların arxasında dünyada mənəvi liderlik iddiası olanlar, öz müstəsnalıqlarını bəyan edənlər durur: “Həqiqətən müstəsna olmaz lazımdır ki, Suriya dinc gələcəyə şans əldə edəndə onun paytaxtını atəşə tutasan”. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi