Suriya Türkiyəni günahlandırdı

suriya-turkiyeni-gunahlandirdi
Oxunma sayı: 636

Müxalif qüvvələrindən toplanan silahların qonşu ölkədən qaçaqmalçılıqla keçirildiyi iddia olunur. Agentlik onu da qeyd edir ki, bu yaxında Türkiyə sərhədinə yaxın olan Tel Abyad bölgəsində aparılan əməliyyat bu iddianı bir daha sübuta yetirir. Əməliyyat zamanı bir neçə şəxs tutulub və qaçaq mal, silah müsadirə olunub. Ümumilikdə əldə olunan və Türkiyədən ötürülən silahların sayı 105 pompalı və 26 maqnum tüfəng olaraq göstərilir.

Qeyd edək ki, Türkiyə və Suriya sərhədində vəziyyət də qənaətbəxş deyil. Son iki həftə ərzində Suriyadakı iğtişaşlardan təşvişə düşən 600-dən çox vətəndaş, eləcə də Suriya ordusunun iki generalı və polkovniki Türkiyəyə qaçıb.

Raminə