Suriyada 3 min cəsədin olduğu kütləvi məzarlıq tapıldı

suriyada-3-min-cesedin-oldugu-kutlevi-mezarliq-tapildi
Oxunma sayı: 933

Suriyanın Rakka şəhərində İŞİD terroçuları tərəfindən qətlə yetirilmiş insanların kütləvi məzarlığı aşkarlanıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, məzarlıqda 3 min cəsəd tapılıb. Məzarlığın yaxınlığında xüsusi yerdə 900-1100 nəfərin də basdırıldığı bildirilir.

Məhkəmə tibbi ekspertinin köməkçisinin sözlərinə görə, bura 2014-cü ildə Rakkanın terroristlər tərəfindən istilasından sonra tapılmış ən böyük məzarlıqdır.