Suriyada 66 nəfər öldürüldü

suriyada-66-nefer-olduruldu
Oxunma sayı: 632

“Qafqazinfo”nun məlumatına görə, xəbəri “France-Presse” agentliyi yayıb.

Suriya hüquq-müdafiə təşkilatları məlumat verib ki, həlak olanlardan ötən bazar günü həlak olan 26 nəfər arasında mülki şəxslər, hərbi qlluqçular var. Öldürülən şəxslərdən 5 nəfəri xüsusi xidmət orqanlarının əməkdaşlarıdır.

Son zamanlar döyüşlər Dəməşq yaxınlığında gedir. Hökumət qoşunları ağır artileriyadan paytaxtın ətrafındakı yaşayış məntəqələrini atəşə tutduğu xəbər verilir.

Toqquşmalara Hama və başqa şəhərlərdə də davam edib.