Suriyada avtomobil partladıldı, ölü və yaralılar var

suriyada-avtomobil-partladildi-olu-ve-yaralilar-var
Oxunma sayı: 635

Suriyanın Homs şəhərində avtomobilin partladılması nəticəsində iki nəfər ölüb, 40 yaralı var.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bomba yüklü avtomobil enerji şirkətinin binası yaxınlığında partladılıb. 

Qeyd edilir ki, daha bir bomba yüklənmiş maşın Dəməşq ətrafında ələ keçirilib və suriyalı hərbçilər tərəfindən məhv edilib.