Suriyada başlayan yanğın Türkiyəyə keçdi-Fotolar

suriyada-baslayan-yangin-turkiyeye-kecdi-fotolar
Oxunma sayı: 646

“Qaqfazinfo”nun Türkiyə mətbuatına istinadən məlumatına görə, yanğının hansı səbəbdən baş verdiyi bilinmir. Yanğının söndürülməsi üçün heç bir müdaxilə olmadığı üçün yanğın Türkiyə ərazisinə də keçib.

Küləyin təsiri ilə genişlənən yanğını söndümək üçün Türkiyə tərəfi yanğınsöndürənləri əraziyə cəlb edib. Yanğının söndürülməsi üçün 2 helikopter, 8 yanğınsöndürmə maşını və 50 yanğınsöndürmə əməkdaşı hadisə yerində tədbirlər görür.

Bu ana qədər 3 hektar ərazinin zərər gördüyü xəbər verilir.