Suriyada bələdiyyə seçkisi keçirilir

suriyada-belediyye-seckisi-kecirilir
Oxunma sayı: 637

Bələdiyyə şuralarında 17 mindən çox yerə 43 minə yaxın adam öz namizədliyini irəli sürüb. Rəsmilər bu seçkinin əvvəlki illərə nisbətən daha azad olacağını bildirsə də, Suriya müxalifəti öz tərəfdarlarını seçkini boykot etməyə çağırıb. Səsvermədə seçici fəallığının aşağı olacağı gözlənilir. Seçkiqabağı rəy sorğuları göstərir ki, əksər suriyalılar zorakılığın davam etdiyi bir şəraitdə seçki məntəqələrinə getməyə risk etmir.

Suriyada müxalif qüvvələrlə hökumət qüvvələri arasında toqquşmalar davam edir. Ötən gün ölkənin Homs, Hama, İdlib və Dəraa şəhərlərində baş verən toqquşmalarda 22 nəfər öldürülüb.


BBC