Suriyada bu il neçə sivil öldürülüb?

suriyada-bu-il-nece-sivil-oldurulub
Oxunma sayı: 895

Suriyada bu ilin yavar-may aylarında 4166 silahsız vətəndaş qətlə yetirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Şəbəkəsi (SNHR) məlumat yayıb.

Təşkilatdan bildirilib ki, onların 74 faizi Rusiya hərbçiləri tərəfindən öldürülüb.

Məlumata görə, silahsız vətəndaş itkilərinin sayı yanvarda 774, fevralda 1389, martda 1241, apreldə 408, mayda isə 354  nəfər olub.

May ayında ölümlərin azalmasının səbəbi kimi isə Bəşər Əsəd ordusunun Dəməşq və Xumsda nəzarəti tam ələ keçirməsi göstərilib.