Suriyada döyüşən azərbaycanlılardan xəbər var- - Foto

suriyada-doyusen-azerbaycanlilardan-xeber-var-
Oxunma sayı: 3687


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, ardıcıl törədilən iki bombalı hücum zaman 2800 PYD qruplaşmasının üzvü olan döyüşçülərin öldürüldüyü bildirilir. Suriyanın şimal hissəsində partladılan bombaların Türkiyə ərazisində də hiss edildiyi bildirilir. 

Hücumu İŞİD-in üzü olan Əbu Həmzə əl Tataristaninin təşkil etdiyi barəsində məlumat verilib. Bombalı hücum zamanı xeyli sayda yaralının da olduğu bildirilir. Suriyanın Ayn əl Ərəb bölgəsində isə İŞİD qruplaşmasının silahlı hücumunu başqa bir mühacir döyüşçünün təşkil etdiyi bildirilir. Bu bölgədə 80 YPG əsgərini öldürən İŞİD döyüşçüsünün adı açıqlanmayıb. 

Bundan başqa Suriya ərazisindəki azərbaycanlılardan ibarət “Azəri taboru" tərəfindən oradakı YPG adlı silahlı qruplaşmaya ən ağır zərbələrin endirildiyi bildirilir. Verilən məlumata görə, Suriyadakı İŞİD qruplaşmasının üzvü olan “Azəri taboru” hazırda YPG adlı silahlı qruplaşamaya qarşı əməliyyatlarını davam etdirir.

Xatırladaq ki, bir neçə ay bundan öncə Suriyada fəaliyyət göstərən İrak Şam İslam Dövləti (İŞİD) adlı qruplaşmanın 12 azərbaycanlıdan ibarət "Azəri taboru"nun üzvləri qətlə yetirilimişdi.