Suriyada fələstinlilərin düşərgəsi bombalandı - 10 ölü, 30 yaralı

suriyada-felestinlilerin-dusergesi-bombalandi
Oxunma sayı: 652

Suriyanın Hələb şəhəri yaxınlığında mültəcilərin məskunlaşdığı düşərgəyə raketlər atılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 10 fələstinli ölüb, 30-u yaralanıb. BMT-nin yaydığı məlumata əsasən düşərgəyə iftar zamanı 3 raket atılıb.

Ölənlərdən 4-ü uşaqdır. Yaralıların vəziyyəti isə kritikdir. Ölü sayının artacağı ehtimal edilir.