Suriyada güclü partlayış, 40 nəfər öldü

suriyada-guclu-partlayis-40-nefer-oldu
Oxunma sayı: 632

“Qafqazinfo”nun BBC-yə istinadən məlumatına görə, partlayış nəticəsində 40 nəfər ölüb, 170 nəfərdən çox insan yaralanıb.

İlkin məlumatlarda deyilir ki, partlayış əl-Qəzzaz rayonunda xüsusi xidmət orqanının binası yaxınlığına avomobilə yerləşdrilmiş qurğunun partlaması ilə baş verib.

BMT-nin Suriyadakı müşahidə qrupunun rəhbəri Norveç ordusunun general mayoru Robert Mud hadisə yerinə gəlib.

Birinci partlayış yerli vaxtla saat 8 radələrində məktəblilərin dərsə, işçilərin işə getdiyi ərəfədə baş verib. Bundan bir qədər sonra ikinci partlayış olub. Şahidlərin sözlərinə görə, partlayışdan sonra atəş açılıb.

Baş verən partlayış yerdə dəlik əmələ gətirib. Dəliyin dərinliyinin 3 metrə çatdığı xəbər verilir.