Suriyada müharibə başladı

suriyada-muharibe-basladi
Oxunma sayı: 641

Milli.Az xəbər portalının "Reuters"ə istinadən verdiyi məlumata görə, indiyədək ordu əliyalın nümayişçiləri güllələyirdisə, ilk dəfə olaraq müxalifətçilər də silaha əl atıblar. Onlar Dəməşq yaxınlığında yerləşən hərbi kəşfiyyat idarəsinə hücum ediblər. Bina pulemyotlardan atəşə tutulub. Müxalifət qüvvələrinin binaya bir neçə raket zərbələri də endirdikləri bildirilir.

Qeyd edək ki, indiyədək müşahidəçilər "ərəb baharı"nın baş verdiyi digər ölkələrdən fərqli olaraq, Suriyada silahlı qarşıdurmanın olmamasını Bəşər Əsədin hakimiyyətdə qalma şansı kimi qiymətləndirirdilər.