Suriyada nümayişlər keçirilir, ölənlər var

suriyada-numayisler-kecirilir-olenler-var-
Oxunma sayı: 633

Suriya müxalifəti iri şəhərlərdə növbəti kütləvi aksiyalarını keçirir. Cümə namazından sonra Homs, Hama, Dəraa, İdlib şəhərlərində və Dəməşq ətrafındakı rayonlarda nümayişlər zamanı 17 nəfərin öldürüldüyü barədə məlumatlar yayılıb.

Anti-hökumət nümayişlərində on minlərlə adam iştirak edir. Ən böyük nümayişlər Homs və Hamada keçirilir. Nümayişçilər Bəşər Əsəd hökumətinə qarşı şüarlar səsləndirilməklə yanaşı, Ərəb Ölkələri Liqasının müşahidəçilərini vəziyyətə ədalətli və düzgün qiymət verməyə çağırıblar.

Qeyd edək ki, BMT-nin hesablamalarına görə, Suriyada prezident Bəşər Əsəd əleyhinə nümayişlərin başladığı martdan indiyədək nümayişlərdə 5000-dən çox adam öldürülüb.

anspress