Suriyada silahlılar adam oğurluğu edir

suriyada-silahlilar-adam-ogurlugu-edir
Oxunma sayı: 633

İslamazeri.az-ın “Ərəb press” saytına istinadən verdiyi xəbərə görə, Hələb şəhərinin Xan-Asel səmtində 13 polis məktəbinin kursantı dünən günortadan sonra evlərinə gedərkən silahlı qruplar tərəfindən qaçırılıb. 12 kursantın isə Lazkiye yolunda, Hanasir yaxınlarında qaçırıldığı bildirilib. İndiyə qədər heç bir təşkilatın kursantların qaçırılması hərəkətini boynuna götürmədiyini və onların harada girov saxlandıqları barədə məlumat yoxdur.

Silahlı qrupların Türkiyə sərhədindəki İdlib Mastume yolunda təşkil etdiyi hücum nəticəsində 6 təhlükəsizlik işçisi öldürülüb və 11 əsgər də yaralanıb.

Ölkənin cənubundakı Dərə şəhərində silahlı qrupların polisə atəş açdığı, Dəməşq ətrafında təşkil edilən bir silahlı hücumda isə bir zabitin öldüyü bir əsgərin isə yaralandığı xəbər verilir.

Hama şəhərində bir evə basqın təşkil edən silahlı qruplar evdə olan 5 adamı öldürdüb.

Bütün bu hadisələrin fonunda isə 226 silahlının da təhlükəsizlik qüvvələrinə təslim olduğu bildirilir.