Suriyada tanklar hücuma kecdi

suriyada-tanklar-hucuma-kecdi
Oxunma sayı: 647

Qeyd edək ki, Tal-Bisa şəhəri artıq bir sutkadır ki, mühasirəyə alınıb. Məlumatlara görə, ötən gün Suriya hərbçiləri və təhlükəsizlik qüvvələrinin əməkdaşları şəhərə gedən yolları bağlayıb və şəhərə daxil olaraq bir neçə obyekti, o cümlədən şəhər baş xəstəxanasını ələ keçiriblər. Analoji əməliyyat Tal-Bisadan şimal-qərbdə yerləşən Rastan şəhərində də keçirilir.

Xatırladaq ki, Suriyada etiraz aksiyaları martın ortalarında bu ölkənin İordaniya ilə sərhədində yerləşən Dəraa şəhərində başlayaraq ölkənin digər şəhərlərinə və paytaxt Dəməşqin ətraflarında da yayılıb. Suriyanın hüquq müdafiəçiləri hesab edirlər ki, təhlükəsizlik qüvvələri ilə toqquşmalarda on minlərlə insan həlak olub.

Suriya rəsmiləri isə öz növbələrində, ölkədə iğtişaşların baş verməsində “silahlı terrorçuları” günahlandırırlar və iğtişaşların başlanmasından bəri 100-dən çox hərbiçinin və təhlükəsizlik qüvvələrinin əməkdaşlarının öldürüldüyünü bildirirlər.