Suriyada vəziyyət gərginləşir - Daha bir ölkə savaşa qoşulur

suriyada-veziyyet-gerginlesir
Oxunma sayı: 5382

Çin Suriyadakı müharibədə bundan sonrakı müddətdə aktif iştirak edəcəyini açıqlayıb.

“Qafqazinfo” Posta”ya istinadən xəbər verir ki, bu barədə Çinin Dəməşqdəki səfiri Şi Tsanzin bildirib.

O deyib ki, Çin Suriyanın gələcəyində aktiv rol almaq istəyir:

“Suriyanın yenidən qurulmasında ölkənin qanuni hökuməti ilə əməkdaşlıq edəcəyik. Bu istiqamətdə hər keçən gün dəstəyimiz artacaq”.

Qeyd edək ki, Çin 2011-ci ildən davam edən Suriya müharibəsində aktiv iştirak etməsə də, beynəlxalq arenada Rusiya ilə birgə hərəkət edirdi. Lakin, ABŞ-ı da qarşısına almamaq üçün BMT-də Suriya ilə bağlı keçirilən səsvermələrdə bitərəf qalırdı.