Suriyadan daha bir azərbaycanlının ölüm xəbəri gəldi

suriyadan-daha-bir-azerbaycanlinin-olum-xeberi-geldi
Oxunma sayı: 1499


“Qafqazinfo” xəbər verir ki, APA-ya istinadən xəbər verir ki, öldürülən azərbaycanlının meyitinin fotosu yayılsa da, onun kimliyi hələlik açıqlanmır.

Məlumatda həmçinin qeyd olunur ki, azərbaycanlı döyüşçü bu gün Raqqa şəhəri yaxınlığında Bəşər Əsəd qüvvələrinin endirdiyi hava zərbələri nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə onlarla azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.