Suriyadan Türkiyənin elektrik stansiyasına hava zərbəsi endirilib - 1 ölü, 2 yaralı

suriyadan-turkiyenin-elektrik-stansiyasina-hava-zerbesi-endirilib
Oxunma sayı: 1634

PYD-PKK qüvvələrinin Türkiyənin Hatay bölgəsinə endirdiyi hava zərbəsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə prezident Ərdoğan canlı yayımlanan çıxışı zamanı məlumat verib. Hava zərbələri Hatayda yerləşən elektrik stansiyasına endirilib. Ölən TEDAŞ-ın (Türkiyə Elektrik Dağıtım Anonim Şirkətinin) əməkdaşıdır. 

Prezident Ərdoğan isə “bunun hesabını verəcəklər” deyə baş verənlərə reaksiya verib.