Suriyadan Türkiyəyə sərt xəbərdarlıq - “Afrinə daxil olsanız...”

suriyadan-turkiyeye-sert-xeberdarliq
Oxunma sayı: 2615

Türkiyənin Afrindəki istənilən hərbi əməliyyatı Dəməşq tərəfindən təcavüz aktı olaraq qəbul ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Suriyanın xarici işlər nazirliyinin müavini Feysal Mikdad çıxışında deyib:

“Biz Türkiyə rəhbərliyinə xəbərdarlıq edirik ki, beynəlxalq hüquq normalarına əsasən, Afrində istənilən hərbi əməliyyatlara başlamaq təşəbbüsü Türkiyə ordusu tərəfindən Suriyanın ərazi bütövlüyünə qarşı aqressiya aktı kimi qəbul ediləcək".