Suriyalıların bəxti Bakıda da gətirmədi

suriyalilarin-bexti-bakida-da-getirmedi
Oxunma sayı: 633

Sabunçu rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Bakıxanov qəsəbəsində Suriya vətəndaşı Matuk Cihad Ahmetin idarə etdiyi "VAZ-21013" markalı maşın Hacıbəy Dinbazovun idarə etdiyi "Opel" markalı və Nizami Qəribovun idarə etdiyi "Chevrolet" markalı avtomobillərlə toqquşub.

Qəza nəticəsində Matuk Ahmedin sərnişini, Suriya vətəndaşı Halak Caval aldığı xəsarətdən hadisə yerində ölüb. Matuk Ahmed və digər avtomobillərin sürücüləri xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb.