“Suriyanı vuranlara qarşılıq verəcəyik” - Rusiya hərəkətə keçdi

suriyani-vuranlara-qarsiliq-vereceyik
Oxunma sayı: 2428

Bir neçə gün öncə ABŞ, İngiltərə və Fransanın birlikdə Suriyaya hücuma başlaması ilə bağlı Rusiya xarici işlər nazirinin müavini açıqlama verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nazir müavini Sergey Ryabkov Rusiyanın bundan sonra Suriyaya istənilən hücuma qarşılıq verəcəyini deyib:

“ABŞ-ın yeni hücum planının olduğunu düşünmürük. Belə bir hücum olarsa sərt cavab veriləcək”.

Qeyd edək ki, ABŞ, İngiltərə və Fransa Suriyada hökumət qüvvələrinin kimyəvi silah istifadə etməsini əsas gətirərək bu ölkəyə hücuma başlayıb.