Suriyaya gedən Şoyqu Putinin məktubunu Əsədə çatdırdı

suriyaya-geden-soyqu-putinin-mektubunu-esede-catdirdi
Oxunma sayı: 764

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Suriyada işgüzar səfərdə olub .

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, prezident Bəşər Əsədlə görüşən Şoyqu Yaxın Şərqdə beynəlxalq terrorizmlə mübarizə və münaqişədən sonra tənzimlənmə məsələlərini müzakirə edib. Nazir Bəşər Əsədə prezident Vladimir Putinin məktubunu çatdırıb.

Görüşdə tərəflər suriyalı qaçqın və məcburi köçkünlərin könüllü qayıdışı imkanlarının genişləndirilməsi mövzusunu müzakirə ediblər. Suriya əhalisinə humanitar yardımın göstərilməsi haqda da fikir mübadiləsi aparılıb.