Suriyaya gedənlər barədə sensasiya- - Video

suriyaya-gedenler-barede-sensasiya-
Oxunma sayı: 8754


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, Ceyms Klepper "Əl-qaidə" qruplarının terrorçular hazırlamaq və onları sonradan öz ölkələrinə yollamaq üçün xüsusi təlim düşərgələri Suriyada yaratdıqlarını bildirib. Klepper Suriyada Bəşər Əsəd hökümətinə qarşı 26 min nəfərin döyüşdüyünü, onların 7 minə qədərinin Avropa dövlətləri də daxil olmaqla 50 müxtəlif ölkədən olduğunu bildirib. ABŞ kəşfiyyat rəsmisinin dediyinə görə, artıq Amerika və Avropa ölkələrindən olan xeyli sayda əcnəbi döyüşçü öz vətənlərinə qayıdıb. 

Suriyaya döyüşmək üçün gedənlərin qarşısını almaq üçün tədbirlər görülür.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə Suriyaya gedənlərin böyük əksəriyyəti təhsil almaq, işləmək, turist və ziyarət adı ilə ölkədən çıxırlar. Onlar qanuna zidd əməl törətməyiblərsə, barəsində məhkəmə istintaqı aparılmırsa, o zaman polisin həmin şəxsi saxlamaq səlahiyyəti yoxdu. 

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirir ki, Dövlət Azərbaycan vətəndaşlarının Suriyada döyüşlərə qatılmasının qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Onun sözlərinə görə Azərbaycanlı gənclərin, vətəndaşlarımızın qeyri-qanuni yollarla səfərbər olunub, dünyanın müxtəlif qaynar nöqtələrinə, o cümlədən Suriyaya göndərilməsi prosesində bəzi beynəlxalq təşkilatlar da iştirak edirlər. Bəzi vətəndaşlar ayrı-ayrı daxili və xarici qüvvələrin təsiri altında bu işə qoşulur və bunların hamısının qarşısını almaq çətindir. 

Son vaxtlar ölkədən Suriyaya döyüşmək üçün gedənlərin sayı artdığından bütün Qafqazın Şeyxi bir sıra dövlət qurumlarına müraciət edib. Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvada Hacı Allahşükür Paşazadə əlinə silah götürən hər bir azərbaycanlının qanuna zidd hərəkət etdiyini əsas gətirərək, Suriyada və başqa ölkələrdə cihad adıyla vuruşan Azərbaycan vətəndaşlarının cəzalandırılması məsələsini də dövlət qarşısında qaldıracağının bildirib. Suriyaya döyüşmək üçün gedənlərlə bağlı verilən fətvadan sonra bəzi radikal dini məzhəblər Qafqaz Müsəlmanları İdarəsinin belə bir fətva vermə səlahiyyəti olmadığına dair fikirlər səsləndirirlər. Din xadimləri isə hesab edirlər ki, Qafqaz Müsəlmanları İdarəsi ölkədəki dindarların fikirlərini nəzərə alır və bu fətvalar şəriət qaydalarına əsaslanır. Ona görə də Qafqaz Müsəlmanları idarəsinin tam olaraq belə bir fətva vermə səlahiyyəti var. 

Bütün Qafqazın Şeyxi də etiraf edir ki, qurumun verdiyi bu fətvadan sonra bəzi dini məzhəblər tərəfindən QMİ-yə, hətta özünə qarşı da təzyiqlər olacaq. Çünki verilən bu fətva radikal dini cərəyanların nümayəndələrinə sərf etmir. Dindarlar hesab edirlər ki, Azərbaycanda radikal dini cərəyanların ciddi sosial dayağı yoxdur. Onlar ölkəmizdə kiçik qruplaşma halında fəaliyyət göstərirlər və əsas məqsədləri də öz fəaliyyətlərini genişləndirməklə Azərbaycandakı dini tolerantlıq mühitinə zərbə vurmaqdır. Ekspertlər hesab edirlər ki, ona görə də radikal dini cərəyanlar ayrı- ayrı din xadimlərini hədəfə almağa cəhd edirlər.