Suriyaya seçim etmək şansı verildi

suriyaya-secim-etmek-sansi-verildi
Oxunma sayı: 677

Müxalifət fəalları onlardan 9-nun Homs şəhərinin sakinləri olduğunu bildirirlər. Qalanları isə Hama, Dəraa və Dəməşqdə öldürülüb. Homs şəhərində 200 mindən çox adamın etiraz aksiyasına qoşulduğu bildirilib. Homs sakinləri bildirirlər ki, əl-Hula yoxlama məntəqəsindən Homs şəhərinə keçməyə icazə verilmədiyindən, dünən xəstəxanaya çatdırıla bilməyən hamilə qadın ölüb. Dövlət mənbələri isə Homsda iğtişaşların silahlı terror qruplaşmaları tərəfindən yaradıldığını iddia edir.

22-üzvlük Ərəb Ölkələri Liqası bu gün Misirin paytaxtı Qahirədə keçirəcəyi xarici işlər nazirlərinin iclasını təxirə salıb. Dəməşqə sülh planına razılıq vermək yaxud da sanksiyalarla üzləşmək arasında seçim etməyə vaxt vermək üçün bu addım atılıb. İclasın həmçinin Ərəb Ölkələri Liqasının Suriyadakı zorakılığa son qoymaq təşəbbüslərini dəstəkləmək üçün Rusiyaya şans vermək məqsədilə təxirə salındığı bildirilir.

Xatırladaq ki, Rusiya və Çin 2 gün əvvəl BMT-nin Təhlükəsizlik Şurasına Suriyaya dair qətnamə layihəsi təqdim edib.

anspress