Suriyaya silah aparan gəmi həbs edildi

suriyaya-silah-aparan-gemi-hebs-edildi
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, bu haqda ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan 23 sentyabrda öz çıxışında bildirib.
Ərdoğan gəminin harada və nə zaman ələ keçirildiyini deməsə də, qeyd edib ki, gələcəkdə Türkiyə ərazisindən Suriyaya silahların çatdırılmasının qarşısı alınacaq. Türkiyə hakimiyyətinin bu addımına Suriya rəhbərliyinin reaksiyası haqqında hələ ki heç bir məlumat verilmir.
Son zamanlar Bəşər Əsəd rejimi ilə Türkiyə hakimiyyəti arasında münasibətlər kəskin şəkildə pisləşib. Suriyada hökumət əleyhinə baş verənin üsyanlarda Türkiyə əvvəlcə nisbətən neytral mövqe tuturdu. Bu ilin avqustunda Suriya müxalifəti Türkiyədə toplaşaraq Suriya Milli Şurasının yaradıldığını elan etmişdilər. Ərdoğan Yaxın Şərq ölkələrinə səfəri zamanı Suriya diktatoru Bəşər Əsədi ittiham edən bəyanatlar vermişdi.