Suriyaya silah-sursat aparan İran gəmisi saxlanıldı

suriyaya-silah-sursat-aparan-iran-gemisi-saxlanildi
Oxunma sayı: 631

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, İranın Almaniyaya məxsus yük gəmisini icarəyə götürərək, Suriyaya göndərdiyi silah və digər hərbi avadanlıq dolu gəmi sözügedən ölkənin Tarsus limanının 80 kilometrliyində dayandırılıb.

Almaniyanın “Der Spiegel” jurnalındakı xəbərə görə, “Atlantik Kruis” gəmisinin hərəkət marşrutu dəyişdirilərək, Türkiyənin İskəndərun limanına gətirilib. Gəminin sahibi olduğu şirkətin nümayəndəsi Tosten Lüddeke açıqlamasında “Atlantik Kruis”-də silah daşındığından xəbərdar olmadıqlarını, məlumatı əldə edər-etməz gəminin Suriyaya getməsinin qarşısını aldıqlarını deyib. Habelə o, gəmilərinin Ukraynanın Odessa şəhərində qeydiyyatda olan şirkət tərəfindən icarəyə götürüldüyünü də qeyd edib.

Məlumat üçün bildirək ki, ötən ay Suriyaya silah-sursat daşıyan Rusiyaya məxsus gəmi Kipr adaları yaxınlığında saxlanılmışdı.